İsrail Qəzzadakı aksiyalarda daha bir tibb işçisini şəhid etdi

İsrail Qəzzadakı aksiyalarda daha bir tibb işçisini şəhid etdi

 
Ötən gün  Fələstin xalqı Qəzzada “Böyük Qayıdış Yürüşü” çərçivəsində sərhədə doğru yenidən hərəkət keçib.
 
Maide.Az “dunyabulteni”-ə istinadən xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyinin yayımladığı açıqlamaya görə, ötən günki  yürüşdə bir həkim şəhid olub, 25 fələstinli həqiqi güllə ilə vurularaq yaralanıb. 
 
Qəzzada Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra  deyib ki,  könüllü tibbi xidmət göstərən  Abdullah əl-Kitati  İsrail əsgərlərinin açdığı atəş nəticəsində şəhid olub. 
 
Qəzza Səhiyyə Nazirliyi martın 30-dan etibarən start verilmiş Böyük qayıdış yürüşündə İsrail silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş fələstinlilərin sayının  159 nəfərə çatdığını bildirib. 18 min nəfərə yaxın fələstinli isə müxtəlif dərəcəsi xəsarətlər alıb.
 
İşğalçı İsrail rejim əsgərləri tərəfindən öldürülənlərdən 23 nəfər yaşı 18-dən aşağı olan uşaq və yeniyetmələrdir, üç nəfər isə qadındır. Statistikaya əsasən xəsarət alanların 3279 nəfəri uşaq, 1553 nəfəri isə qadındır.
 
Nazirlik xəsarət dərəcələrini müəyyən edərək bildirib ki, 404 nəfər ağır bədən xəsarəti, 4141 nəfər orta dərəcəli xəsarət, 4354 nəfər isə yüngül xəsarət alıb.
 
Məlumata görə, xəsarətlərin 4348-i həqiqi güllə, 430-u rezinlə örtülmüş polad güllə, 1593-ü zəhərli qaz tənəffüsü və 2700-ü isə digər səbəblərdən baş verib. 67 amputasiya halı baş verib ki, bunların əksəriyyəti aşağı ətrafların, ikisi yuxarı ətrafların və altısı isə barmaqların itirilməsi ilə nəticələnib.
 
Dörd ay davam etmiş aksiya zamanı 3 tibb personalı öldürülüb, 360-ı isə həqiqi güllə və zəhərli qaz səbəbilə xəsarət alıb, 69 təcili yardım maşınına ziyan dəyib.
 
 
 
 

Google+ WhatsApp ok.ru