İsrail Qəzza ətrafına xeyli hərbi qüvvə toplayıb (VİDEO)

İsrail Qəzza ətrafına xeyli hərbi qüvvə toplayıb (VİDEO)

İşğalçı İsrail ordu qüvvələri Qəzza zolağı ətrafında toplanmağa başlayıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, müxtəlif KİV-lər təxminən 60 tankın və hərbi heyəti daşıyan zirehli texnikanın Qəzza sərhəd çəpərlərinin yaxınlığına cəm olunduğunu bildirir.
 
Hərbi hərəkətlənməninin bu gün Qəzzada keçirilməsi gözlənilən növbəti Böyük Qayıdış yürüşünə müdaxilə etmək üçün icra edildiyi təxmin edilir.
 
Şahidlərin sözlərinə görə, İsrail ordusunun hərəkəti əsas yollar boyunca asanlıqla müşahidə olunub.
 
Hərbi toplanış 2014-cü ildə İsrailin Qəzzaya hücumundan sonra əraziyə yeridilmiş ən irimiqyaslı qoşun hesab olunur.
 
Bildirək ki, iki gün əvvəl işğalçı rejimin Baş naziri Benyamin Netanyahu fələstinlilərə qarşı güclü əks cavab veriləcəyi barədə xəbərdarlıq edib.
 
İsrailin işğalı altında olan Beerşiba rayonuna raket düşməsi və evlərin ziyan çəkməsinə görə, işğalçı dövlət Fələstinin HƏMAS hərəkatını ittiham edib.
 
Qəzzadakı hərbi təşkilatlar isə ittihamları rədd edərək Qəzzadan İsrailə raket atılmadığını bəyan ediblər. Fələstinin Qəzzadakı siyasi hərəkatları Böyük Qayıdış yürüşünün sonadak davam etdiriləcəyini, blokadanın və işğalın dayandırılmasına nail olanadək etirazlar keçirəcəklərini bəyan ediblər.
 
 
 

Google+ WhatsApp ok.ru