İsrail Qəzzaya irimiqyaslı hücumu davam etdirir: şəhid olan fələstinlilərin sayı 11 nəfərə çatıb

İsrail Qəzzaya irimiqyaslı hücumu davam etdirir: şəhid olan fələstinlilərin sayı 11 nəfərə çatıb

Sionist İsrail rejimi ötən gecədən etibarən Qəzza zolağına irimiqyaslı hücumları davam etdirir.
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, havadan və yerüstü ağır hərbi texnika ilə davam edən hücüm nəticəsində dövlət idarələri, xəstəxanalar və məktəblər atəşə tutulub. 11 fələstinlinin şəhid olduğu bildirilir. Onlarla yaralı var. 
 
Qeyd edək ki, bir neçə gün öncə sionist xüsusi təyinatlıları “Həmas”ın İzzətdin Əl-Qəssam qolunun komandirlərindən olan Bərəkət Nuru əsir götürmək üçün əməliyyat keçirmişdi. Nəticədə Bərəkət Nur şəhid olmuş, sağ ələ keçməmişdi. Əvəzində bir sionist xüsusi təyinatlısı “Həmas” tərəfindən əsir gptürülmüşdü.

Google+ WhatsApp ok.ru