İsrail Qəzzada dinc gecə nümayişini gülləbaran edib, üç nəfər yaralanıb 26 Fevral 2019 15:03 Fələstin Dünən Qəzza zolağının müxtəlif məntəqələrində keçirilmiş sərhədyanı gecə nümayişləri işğalçı İsrail rejimi tərəfindən atəşə tutulub. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, Qəzzanın cənubunda Rəfah bölgəsində İsrail ordusunun açdığı atəş nəticəsində üç fələstinli yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Bildirilib ki, gecə nümayişində iştirak edən yüzlərlə insan tonqal qalayıblar və səsgücləndiricələrlə milli marşlar ifa ediblər. Bildirək ki, gecə nümayişləri Qəzzada Böyük Qayıdış yürüşlərinin tərkib hissəsi kimi keçirilir. Təşkilatçıların fikrincə, gecə nümayişlərinin məqsədi blokada sərhədinin qarşı tərəfində mövqe tutmuş işğalçı İsrail ordusunu çaşdırmaq və onları daim gərgin halda saxlamaqdır. Teqlər : #İsrail,#Qəzzada,#dinc,#gecə,#nümayişini,#gülləbaran,#edib,#üç,#nəfər,#yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail snayperi fələstinli uşağı ürəyindən güllələyib, 41 nəfər yaralanıb - FOTO İsrail rejim qüvvələri bir sutkada 21 fələstinlini həbs edib
Yəhudi sionist Beytləhmin şimalında avtobusu fələstinli fəhlələrin üzərinə sürüb, ölən və yaralananlar var