İsrail Qəzzada cümə yürüşünü atəşə tutub, 83 nəfər yaralanıb (FOTO) 06 Aprel 2019 10:31 Fələstin Dünən cümə günü ilə əlaqədar Qəzzada 53-cü Böyük Qayıdış yürüşü keçirilib. Qəzzanı ayıran blokada sərhədinin qarşı tərəfində mövqe tutmuş işğalçı İsrail ordusu dinc nümayişçiləri intensiv atəşə tutub. Maide.Az Felestin.info-a istinadla xəbər verir ki, yürüş iştirakçılarına odlu silahlardan və qaz bombaları ilə açılmış atəş nəticəsində azı 83 nəfər yaralanıb. Bu barədə açıqlama verən Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qidra bildirib ki, yaralılardan üçünün vəziyyəti ağırdır. Yürüşü izləyən şahidlərin sözlərinə görə, işğalçı ordu bu dəfə dinc nümayişçilərə qarşı naməlum tərkibli qırmızı rəngli qazlardan istifadə edib. Atılmış qaz qumbaralarından xaric olaraq ətrafa yayılan qırmızı rəngli qazın zəhərli olduğu güman edilir. Bildirək ki, 2018-ci ilin 30 mart tarixindən başlamış Böyük Qayıdış yürüşlərində mənbələrin yazdığına görə bugünədək 282 nəfər həlak olub, 31 min nəfər yaralanıb. Yaralılardan 500 nəfərin vəziyyəti ağırdır. Teqlər : #İsrail,#Qəzzada,#cümə,#yürüşünü,#atəşə,#tutub,#nəfər,#yaralanıb,#(FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropalı diplomatlar blokada altındakı Qəzzaya daxil olublar İsrail əsgərləri 21 fələstinlini həbs edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar