İsrail Qüdsdə fələstinlilərin bütün tikinti müraciətlərini rədd edir - ‘Haaretz’

İsrail Qüdsdə fələstinlilərin bütün tikinti müraciətlərini rədd edir - ‘Haaretz’

İşğalçı İsrail rejiminin son qərarına əsasən Qüds şəhərində yaşayan heç bir fələstinliyə tikinti işi aparmaq icazəsi verilməyəcək.
 
Maide.Az "Felestin.info"a istinadla  xəbər verir ki, bu barədə yazı dərc etmiş İsrailin "Haaretz" qəzetinin yazdığına görə, İsrailin Qüds üzrə şəhər planlaşdırma və inşaat komitəsi son olaraq fələstinlilər tərəfindən ünvanlanmış 20 tikinti müraciətini rədd edib.
 
Uzun illərdir Qüds sakini olan fələstinlilərə qarşı aparılmış ayrıseçkilik siyasəti nəticəsində əhali ciddi şəkildə evsizlik problemi yaşayır.
 
Yerli fələstinlilərin Qüdsdə üzləşdikləri ən böyük problemlərdən biri də budur ki, şəhərin şərq səmtindəki ev və obyektlərin 90 faizi heç kəsin adında deyil. Bu da o deməkdir ki, vaxtilə həmin mülkləri tikmiş və uzun illərdir orada yaşayan sakinlər əmlakın onlara məxsus olduğunu heç yolla İsrail hökumətinə qəbul etdirə bilmirlər.
 
İşğalçı hökumət fələstinlilərin təqdim etdiyi heç bir sənədi qəbul etməyərək evlərin onlara məxsus olmasını inkar edir, beləliklə istədiyi vaxt həmin ailələri mülklərindən çıxara bilir.
 
"Haaretz"-in yazdığına görə, əvvəlki dövrlərdə belə problemlər "muxtar protokolu" üsulu ilə həll edilirmiş. Ev tikmək istəyən hər kəs yaşadığı məntəqənin muxtarı, yaxud tayfa başçısının razılığını əldə etməklə bu işi görə bilirmiş.
 

Google+ WhatsApp ok.ru