İsrail qırğınına dünya səssiz qalmadı (FOTO)

İsrailin Qəzzaya istiqamətli hücumları can almağa davam edərkən qətliamlara dünyanın bir çox ölkəsində etiraz olunub.

Avstraliya

Maide.az-ın məlumatına görə, Avstraliyanın Sidney şəhərində İsrailin Qəzzaya hücumlarını qınayan minlərlə adam etiraz yürüşü edib.

Minlərlə aktivist İsrail, Amerika və İsrail hücumlarına səssiz qalan Avstraliya Baş naziri Toni Abbott, Xarici İşləri naziri Julie Bishop əleyhinə şüarlar səsləndiriblər.

İsveç

İsveç Fələstin Dərnəyinin çağırışı ilə minlərlə insan Medborgarplatzsen Meydanına toplanıb.
Şüarlar səsləndirərək Qəzzadakı İsrail qırğınlarını qınayan nümayişçilər İsveç dilində və İngiliscə "Qatil İsrail", "İsrailə boykot", "Canımız, qanımız sənə fəda olsun Qəzza" plakatlarını qaldırıblar.

Danimarka

İsrailin Qəzzaya hücumlarına etiraz üçün Danimarkanın paytaxtı Kopenhagendə tabutlu yürüş keçirilib.

Kopenhagendəki aksiyaya fələstinlilərlə birgə yanaşı danimarkalılar, türklər, pakistanlılar və suriyalılar da qatılıb. İsrail hücumlarında dünyasını dəyişən uşaq, qadın, gənc yüzlərlə fələstinlinin adlarının yazıldığı simvolik tabutların qoyulduğu meydanda iştirakçılar cənazə namazı qılıblar.

Hollandiya

Hollandiyanın paytaxtı Amsterdamda da yürüş keçirilib.

Fələstini dəstəkləyən gənclərin qurduğu "Youth For Palestine" adlı qurumun təşkilatçılığı ilə Amsterdamın Museumplein meydanında təşkil edilən nümayişə qatılan minlərlə insan İsrail hücumlarını qınayıb.

Nümayişdə, "Fələstinə azadlıq", "İsrailə boykot", "Qırğına son" və "İsrail, Qəzza hücumlarına son ver" yazılmış plakatlar qaldırılıb. Və "Terrorist İsrail", "Qatil Netanyahu" şüarları səsləndirilib

Mərakeş

Mərakeşin paytaxtı Rabatda da etiraz aksiyası keçirilib.

Mərakeşin ən təsirli müxalif qurupu olan Ədalət və Ehsan Hərəkatının çağırışı ilə küçələrə çıxan on minlərlə insan günorta saatlarında paytaxt Rabatın mərkəzindəki Babul əhəd meydanına toplanıb. Yürüş Parlament binası qarşısında sona çatıb.

Avstriya

İsrailin Qəzzaya qarşı hücumları Avstriyanın paytaxtı Vyanada minlərlə insanın etirazına səbəb olub.

Avstriya İslam Federasiyası və Avropalı Türk Demokratlar Birliyi tərəfindən təşkil edilən aksiyaya müxtəlif millətlərin nümayəndələrindən ibarət 20 min insan qatılıb. Aksiya iştirakçıları "Uşaq qatili İsrail" və "Qəhr olsun İsrail" deyə şüar səsləndiriblər.

"Körpə cinayətləri dayansın", "Fələstinə azadlıq", "Hitlerin sizə etdiyini tətbiqdən imtina edin", "Qəzzada ana və körpələr ölməsin" və "İsrail terror dövlətidir" yazılmış plakatlarla təxminən 5 kilometr yürüş edərək, Heldenplatz meydanında çıxışlar ediblər.

İordaniya

İordaniyanın paytaxt Əmmanda İsrail səfirliyi yaxınlığında təşkil edilən nümayişdə İsrailin Şucaiyyə məhəlləsində etdiyi qırğına reaksiya verən kütlə, İsraili qınayıb.

Yüzlərlə iordaniyalı İsrailin Qəzzaya hücumlarına səssiz qalan ərəb dünyasını tənqid edib, bu vəziyyəti "utancverici" adlandırıb.

Vaşinqton

İsrailin Qəzzaya hücumlarına ABŞın paytaxtı Vaşinqtonda da etiraz olunub.

Xarici İşlər Nazirliyi qarşısında əllərindəki Fələstin bayraqlarıyla toplaşan etirazçılar, "Azad Fələstin", "Qəzzaya mühasirəni sona çatdırın", "Körpə qatili İsrail" yazılmış plakatlar olub. İsti havaya baxmayaraq, bəzi yəhudi ailələrin uşaqları ilə dəstək verdiyi hərəkatda, tez-tez "Fələstin çox yaşa", "Uşaqlarımızı öldürməyin", "Qatil İsrail" şüarları səsləndirilib.

Fransa

Fransanın paytaxtı Parisdə qubernatorluğun qadağasına baxmayaraq, İsrailin Qəzzaya istiqamətli hücumlarına etiraz edilib. Nümayişdə 13 nəfər həbs edilib.

 

Google+ WhatsApp ok.ru