İsrail qüvvələri Fələstinin kənd təsərrüfatı nazirini oğurlayıb

İsrail qüvvələri Fələstinin kənd təsərrüfatı nazirini oğurlayıb

İşğalçı İsrail rejim qüvvələri dünən axşam saatlarında Fələstin dövlətinin kənd təsərrüfatı naziri Süfyan Sultanı oğurlayıblar.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, nazir xidməti avtomobili ilə Rəmallah şəhərindən əl-Xəlilə (Habrun) doğru hərəkətdə olarkən işğalçı ordunun hücumuna məruz qalıb.
 
Fələstin Kənd Təsərrüfatı Nazirliyinin yaydığı açıqlamaya görə, insident Rəmallahın şərq səmtində qanunsuz inşa edilmiş Givat-Asaf yəhudi qəsəbəsinin yaxınlığında baş verib. Belə ki, işğalçı ordunun əsgərləri hərbi postdan keçən nazirin avtomobilinin qarşısını kəsərək maşındakıları zorla çölə çıxardıblar. Daha sonra maşında axtarış apararaq siqnalizasiya sistemini də müsadirə ediblər.
 
Nazirlik bəyan edib ki, hökumət üzvünə qarşı hücum məqsədli şəkildə həyata keçirilib. Qeyd olunub ki, nazir Süfyan Sultan qısa müddət sonra buraxılsa da, nazirə qarşı törədilmiş zorakılıq beynəlxalq insan hüquqlarına tamamilə ziddir və İsrailin son zamanlar fələstinlilərə qarşı artırdığı hücumların tərkib hissəsidir.
 

Google+ WhatsApp ok.ru