İsrail qüvvələri 1967-ci ildən bu yana 50 min fələstinli uşağı nəzarətə götürüb

İsrail qüvvələri 1967-ci ildən bu yana 50 min fələstinli uşağı nəzarətə götürüb


İsrail rejimi qüvvələri 16 min 655-i 2000-ci ildəki Qüds İntifadasından sonra olmaqla, 1967-ci ildən bu yana 50 min fələstinli uşağı nəzarətə götürüb.

Maide.Az "Felestin.info" -a istinadla xəbər verir ki, Fələstin Əsirlər və Azadlığa Qovuşanlar Nümayəndə Heyəti Araşdırma və Sənədləşdirmə orqanı sədri Abdunnasır Fəravinə "Uşaqların Saxlanılması… Həqiqətlər, Statistikalar, Fələstinli Uşaqların Bu Günlərinə və Gələcəklərinə Təsiri" mövzusunda tədbirdə iştirak edib.

Fəravinə Əsirlərə Dəstək Üçün Avropa Koalisiyanın Brüsseldə keçirdiyi beşinci konfrans çərçivəsindəki tədbirdə çıxışında fələstinli uşaqların sistematik olaraq saxlanıldıqlarını deyib.

2000-2010-cu illər arasında illik saxlanılma nisbətinin 700 olduğunu bildirən Fəravinə 2011-2018-ci illər arasında bu nisbətin 1250-yə çatdığını bildirib.

Fəravinə konfransda iştirak edənlərdən məhbusların hüquqi və qanuni haqlarını müdafiə, işğalçı qüvvələrin fələstinli uşaqlara qarşı hərəkətlərini ifşa səylərini birləşdirmələrini istəyib.

Google+ WhatsApp ok.ru