İsrail qüvvələri 17 yaşlı fələstinlini yaralayıb nəzarətə götürdü

İsrail qüvvələri 17 yaşlı fələstinlini yaralayıb nəzarətə götürdü

İsrail rejimi qüvvələri dünən axşam saatlarında əl-Xəlil şəhərinin şimalındakı Beyt Ummər bölgəsində bir fələstinli gənci yaraladıqdan sonra nəzarətə götürüb.

Bu barədə yerli mənbələr məlumat verib.

Məlumata görə, İsrail qüvvələri Ömər Ərəfat Zəaqiq adlı 17 yaşlı fələstinli gənci Karmei Tzur yəhudi yaşayış məntəqəsi yaxınlığında atəş açaraq, yaraladıqdan sonra nəzarətə götürüb.

Yaralı gəncin vəziyyətinə dair məlumat verilmir. /eastnews.org/

Google+ WhatsApp ok.ru