İsrail qüvvələri Qəzzada yenə onlarla fələstinlini yaraladı 09 Noyabr 2019 11:21 Fələstin İşğalçı İsrail qüvvələri dünən Qəzza zolağında keçirilən "Blokadanı Qırma və Böyük Qayıdış Yürüşü" aksiyalarına müdaxilə edərək, nümayişçilərə atəş açıb. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən açıqlama verilib. Açıqlamada işğalçı qüvvələrin müdaxiləsi nəticəsində 69 fələstinlinin yaralandığı bildirilib. Xatırladaq ki, fələstinlilər ötən ilin 30 martından bu yana blokada altındakı Qəzza zolağının İsraillə sərhədində "Böyük Qayıdış Yürüşü" adı altında dinc aksiyalar keçirir. İsrail əsgərləri isə "sürgün edildikləri torpaqlara qayıtmağı və 2006-cı ildən bu yana Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini" tələb edən dinc əhalinin üzərinə atəş açır. İsrail əsgərlərinin davam edən dinc aksiyalara müdaxiləsində 225-dən artıq fələstinli həlak olub. Teqlər : #İsrail,#qüvvələri,#Qəzzada,#yenə,#onlarla,#fələstinlini,#yaraladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bir qrup yəhudi Əqsa məscidinə basqın etdi Fələstinlilər işğal edilən ərazilərə raket zərbələri endirməyə başladı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar