İsrail qüvvələri fələstinli jurnalistləri saxladı

İsrail qüvvələri fələstinli jurnalistləri saxladı

İşğalçı İsrail qüvvələri Fələstin dövlət televiziyasının Qüdsdə veriliş hazırlayan 4 əməkdaşını saxlayıb.

Saxlanılan jurnalistlərin Kirstin Rinavi, Əli Yasin, Dana Abu Şəmsiyə və Amir Abidrabu olduğu bildirilib.

Onların istintaq mərkəzinə aparıldığı qeyd edilib.

Xatırladaq ki, 2 həftə əvvəl Fələstin dövlət televiziyasının Qüdsün Suvanna məhəlləsindəki ofisi İsrail İctimai Təhlükəsizlik naziri Gilad Erdanın göstərişi ilə bağlanmışdı. /eastnews

Google+ WhatsApp ok.ru