İsrail qüvvələri daha bir fələstinli uşağı öldürdü

İsrail qüvvələri daha bir fələstinli uşağı öldürdü

İsrail rejimi qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin əl-Xəlil şəhərində bir fələstinli uşağı öldürüb.

 
Bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.
 
Açıqlamada İsrail əsgərlərinin əl-Xəlildəki əl-Fəvvar miqrant düşərgəsində Zeyd Fazil Qeysiyyə adlı 15 yaşlı fələstinlini başından vuraraq, öldürdüyü diqqətə çatdırılıb. Düşərgədəki hadisələrdə 4 fələstinli gəncin də yaralanaraq, xəstəxanaya aparıldığı bildirilib.
 
Hadisə şahidləri İsrail əsgərlərinin əl-Fəvvar düşərgəsinə basqınına fələstinli gənclərin reaksiya göstərdiyini deyiblər. İsrail əsgərlərinin gözyaşardıcı qaz, güllə və rezin güllə istifadə etdiyini deyən şahidlər qarşıdurmanın saatlarla davam etdiyini bildiriblər.
 
Qeyd edək ki, İordan çayının qərb sahili və Şərqi Qüsdə tez-tz evlərə basqın edən İsrail qüvvələri fələstinliləri nəzarətə götürür./eastnews/

Google+ WhatsApp ok.ru