İsrail qüvvələri fələstinliləri həbs etdi

İsrail qüvvələri fələstinliləri həbs etdi

İsrail rejimi qüvvələri İordan çayının qərb sahilində yerləşən müxtəlif məntəqələrdə 10 fələstinlini həbs edib.

 Bu barədə Fələstin mətbuatı məlumat verib. 

 Məlumata əsasən, rejim qüvvələri Rəmallah, Nəblus, Tülkərma və Təbus ətrafındakı yaşayış məntəqələrinə soxularaq, axtarışlar aparıb, 10 nəfəri həbs edib. 

 Xatırladaq ki, İsrail rejimi mütəmadi olaraq müxtəlif bəhanələrlə fələstinlilərin yaşadığı ərazilərdə reydlər keçirir, mülki vətəndaşları həbs edir və qətlə yetirir.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru