İsrail qüvvələri 4 fələstinlini yaraladı

İsrail qüvvələri 4 fələstinlini yaraladı

İşğalçı İsrail qüvvələri işğal olunmuş Şərqi Qüdsdə 4 fələstinlini həqiqi güllə ilə yaralayıb.   

Yerli mənbələr İsrailin rejiminin "Mustaribin" adı verilən mülki geyimli əməliyyat dəstəsinin Şərqi Qüdsdəki Kalendiya Qaçqınlar Düşərgəsinə basqın etdiyini bildirib. 

İsrail qüvvələrinin düşərgədəki bir evə basqını zamanı şəxsiyyəti açıqlanmayan iki qardaşın tutulduğu, digər bir qardaşı əsl güllə ilə yaraladığı deyilib.   

Düşərgədə yaşayan fələstinlilərin basqına daş ataraq reaksiya göstərdikləri və İsrail rejimi qüvvələrinin gerçək güllə ilə daha 3 nəfəri yaraladığı ifadə edilib.

Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada yaralılardan 3 vəziyyətinin ağır olduğu və Ramallahdakı bir xəstəxanada əməliyyat edildiyi qeyd edilib. /eastnews.org/

Google+ WhatsApp ok.ru