İsrail qüvvələri bu ilin ilk böyük həbs əməliyyatını keçirtdi 14 Yanvar 2021 16:31 Fələstin İsrail qüvvələrinin gecə saatlarında İordan çayının qərb sahilinin bəzi bölgələrinə, xüsusən Ramallah şəhərinə basqın etdiyi bildirilib. Fələstinli Əsirlər Cəmiyyəti tərəfindən verilən yazılı açıqlamada aralarında işğal altındakı Şərqi Qüdsdən olan insanlar da daxil olmaqla 41 fələstinlinin həbs olunduğu qeyd edilib. İsrail rejimi qüvvələrinin 2021-ci ilin əvvəlindən bu yana ilk böyük həbs əməliyyatını həyata keçirtdiyinə işarə edilən açıqlamada koronavirus (COVID-19) epidemiyası dövründə bu əməliyyatın insanlığa qarşı bir cinayət olduğu vurğulanıb. /eastnews.org/ Teqlər : #İsrail,#qüvvələri,#ilin,#ilk,#böyük,#həbs,#əməliyyatını,#keçirtdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2020-ci ilin sonunadək sionist İsrail rejimi 100 min fələstinli şəhid edib İşğalçı İsrail rejimi Qəzzanı bombaladı, evlərə ziyan dəydi
Yəhudi sionist Beytləhmin şimalında avtobusu fələstinli fəhlələrin üzərinə sürüb, ölən və yaralananlar var