İsrail regionda növbəti dini münaqişə ocağı yaratmaq istəyir – Mahmud Abbas

Fələstin prezidenti Mahmud Abbas İsrail hökumətini növbəti dəfə sərt tənqid edib.
 
Fələstin mediasının məlumatına görə, Mahmud Abbas İsrail hökumətini aralarındakı siyasi konflikti dini zəminli münaqişəyə çevirməyə cəhddə ittiham edib.
 
M.Abbas qeyd edib ki, İsrail rejiminin əl-Əqsa məscidindəki müsəlmanlara qarşı davamlı hücumları dini zəmində münaqişə ocağının yaranmasına səbəb ola bilər və Fələstin-İsrail münaqişəsi dini münaqişəyə çevrilə bilər.
 
Televiziya efirində çıxış edən Fələstin prezidenti dinin siyasi konfliktlər üçün vasitə kimi istifadə edilməsinin təhlükəsindən danışaraq İsraili diqqətli olmağa və hər iki tərəf üçün problem yaratmamağa çağırıb.
 
Onun sözlərinə görə, İsrail hökuməti əl-Əqsa məscid kompleksinə ikinci girişin inşasını planlaşdırır ki, bu da, ziyarətgahda dini kəsimlər arası tarazlığın pozulmasına yol açacaq.
 
Mahmud Abbas İsrailin Habrundakı “İbrahimi” məscidində də təxribat yönümlü addımlar atdığını vurğulayıb. Prezidentin sözlərinə görə, müsəlmanlara zaman-zaman həmin məscidə girişin qadağan edilməsi həmin məkanın ümumiyyətlə müsəlmanlarla bağlılığını yox etməyə hesablanıb.interaztv /

Google+ WhatsApp ok.ru