İsrail reimi Ramazan ayı yardımlarını müsadirə etdi

İsrail reimi Ramazan ayı yardımlarını müsadirə etdi

İsrail rejiminin polisi Qüdsdə Ramazan ayı münasibətiylə kasıb ailələrə paylanılacaq humanitar yardımları müsadirə edib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Qüds İslam Fondları İdarəsinin mətbuat sözçüsü Firas Dibs İsrail rejiminin polisinin onlarla ərzaq yardımını müsadirə etdiyini bildirib.
 
O, Ramazan ayı üçün yardım bağlamalarının Qüdsün Əl-Əqsa məscidinin yaxınlığındakı Əl-Musrara məhəlləsində yaşayan kasıb ailələrinə verilməsi üçün hazırlandığını qeyd edib.
 
Yerli mənbələr İsrail rejiminin polisinin humanitar yardımları müsadirə etməsinə etiraz edən fələstinlilərə müdaxilə etdiyini və bir neçə nəfəri yumruqladığını bildirib.
 

Google+ WhatsApp ok.ru