İsrail rejimi 2000-ci ildən bu yana 16 min 500 fələstinli uşağı həbs edib

İsrail rejimi 2000-ci ildən bu yana 16 min 500 fələstinli uşağı həbs edib

Fələstinli məhbuslarla bağlı yeni hesabatda 28 sentyabr 2000-ci il tarixində Əqsa İntifadasının başlamasından bu yana İsrail rejiminin fələstinli uşaqlara qarşı təzyiqlərinin və həbslərinin artaraq, davam etdiyi vurğulanıb. Hesabatda qeyd olunan tarixdən 16 min 500 fələstinli uşağın İsrail qüvvələri tərəfindən həbs olunduğu bildirilib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu məlumatlar məhbuslarla bağlı problemlər üzrə mütəxəssis Abdunnasır Fervanenin İsrail qüvvələri tərəfindən fələstinli uşaqların tutulmasıyla bağlı hesabatında yer alıb.
 
Özü də keçmiş məhbuslardan olan Fervanenin 26 səhifəlik hesabatında fələstinli uşaqların həbsiylə əlaqədar detallar qeyd olunub.
 
Hesabata görə, 2000-2010-cu illər ərzində il ərzində orta hesabla 700 fələstinli uşaq həbs edilib. Bu rəqəm 2010-cu ildən sonra artaraq, 1250-yə çatıb.
 
Hesabatda bütün məlumatların uşaqların planlı şəkildə tutulduğunu göstərdiyi vurğulanıb. 2015-ci ildə başlayan Qüds İntifadasından sonra isə uşaqların həbslərinin daha da artırdığı diqqətə çatdırılıb.
 

Google+ WhatsApp ok.ru