İsrail rejimi 2019-cu ildə 745 fələstinli uşağı həbs edib 22 Noyabr 2019 09:24 Fələstin 2019-cu ilin ilk 10 ayında İsrail rejiminin qüvvələri 745 fələstinli uşağı həbs edib. Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Fələstinli Məhbuslar Cəmiyyəti “20 noyabr-Dünya uşaq hüquqları günü” münasibətilə bir hesabat yayaraq, İsrail rejiminin həbsxanalarında 200-dən çox fələstinli uşağın olduğunu qeyd edib. İsrail rejiminin qüvvələrinin 2019-cu ilin əvvəllərindən oktyabr ayının sonuna qədər 18 yaşdan kiçik 745 fələstinli uşağı nəzarətə götürdüyü bildirilən hesabatda, bu uşaqların təhsil başda olmaqla ailələrinin ziyarətinə icazə verilməməsi və müalicələri üçün ehtiyac duyduqları dərmanların verilməməsi kimi, bəzi hüquq pozuntularına məruz qaldığı bildirilib. 2015-ci ildə Təl-Əvivin fələstinli uşaqlara ağır cəzalar tətbiq edilməsinə dair bir sıra qanun layihələri qəbul etdiyi vurğulayan hesabatda, İsrail rejiminin qüvvələrinin 2015-ci ildən etibarən tutulan bəzi uşaqlara birbaşa atəş açdığı, təhqir və ya təzyiq etdiyi və zorakı hücum etdiyi qeyd olunub. Hesabatda beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Uşaqlara Yardım Fondundan (UNİCEF) Fələstin uşaqlarını qorumaq üçün daha çox səy etmələri istənilib. Teqlər : #İsrail,#rejimi,#2019cu,#ildə,#745,#fələstinli,#uşağı,#həbs,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru UNİCEF: ’2018-ci ildə 59 fələstinli uşaq öldürülüb‘ Neyanyahu İsrail rejiminin İraq və Yəmənə müdaxilə edəcəyi barədə mesaj verdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar