İsrail rejimi əsgərlərinin öldürdüyü Fələstinli qızın üzərində 13 güllə çıxdı

Bu barədə Fələstinli insan haqları müdafiəçisi Amro bildirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində keçirilən mətbuat konfransında danışan Amro 18 yaşlı Fələstinli gənc qıza atəş açıldıqdan 10 dəqiqə sonra hadisə yerinə getdiyini və gördüklərini izah etmək üçün Əl-Xəlildən Cenevrəyə gəldiyini deyib.
 
Maide.az xəbər verir ki, Amro, "Həşləmunun İsrail əsgərinə bıçaqlı hücuma cəhd göstərdiyi və terrorçu olduğu deyilir. Həşləmun vurulduqdan 10 dəqiqə sonra hadisə yerinə çatdım və qanlar içində yerdə uzanmışdı, təcili tibbi yardım maşını çağırılmamışdı. Üzərində bıçaq filan da yox idi. Gənc qızın bədənində 13 güllə saydım", -  deyib.
 
İsrail rejimi əsgərlərinin fələstinlilərin qanlarının ucuz olduğunu düşündüyünü və onların həyatlarını heçə saydığını ifadə edən Amro, Fələstinli gənc qızın amansızlıqla öldürüldüyünü deyib.
 
Xatırladaq ki, İsrail rejimi əsgərlərinin Əl-Xəlil şəhərindəki Əş-Şühəda prospektinin girişində yerləşən hərbi nəzarət nöqtəsində yaraladığı 18 yaşlı Həşləmun müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdi. Onun güllələnməsinə səbəb hicabını İsrail rejimi əsgərlərinin tələbi ilə açmaması idi.

Google+ WhatsApp ok.ru