İsrail rejimi əsgərləri fələstinli uşağı öldürdü

Yerli mənbələrdən alınan məlumata görə, İsrail rejimi əsgərləri Əl-Xəlil şəhərinin şimalındakı Əl-Arub qaçqın düşərgəsinin girişində fələstinlilərə qarşı həqiqi və rezin güllələrdən, həmçinin gözyaşardıcı qazdan istifadə etməklə müdaxilə edib. 
 
Maide.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yazılı açıqlamasında müdaxilə zamanı Ömər Madi adlı 15 yaşlı fələstinli uşağın əsgərlərin gülləsindən yaralandığını bildirir.
 
Açıqlamada vəziyyəti ağır olan və Əl-Xəlildəki Mizan xəstəxanasına qaldırılan uşağın həyatının bütün səylərə baxmayaraq xilas edilmədiyi qeyd olunur.

Google+ WhatsApp ok.ru