İsrail rejimi əsgərlərinin öldürdüyü fələstinli dəfn olunub

Qərb İordandakı Kalendiye qaçqın düşərgəsində İsrail rejimi əsgərləri tərəfindən öldürülən fələstinli gənc dəfn olunub. 
 
Maide.az xəbər verir ki, Kalendiya qaçqın düşərgəsində rejim əsgərləri ilə fələstinli gənclər arasında dünən gecə başlayan və səhərə qədər davam edən hadisələrdə İsrail əsgərlərinin açdığı atəş nəticəsində həyatını itirən 22 yaşlı İyad Secdiye üçün Kalendiye qaçqın düşərgəsində dəfn mərasimi keçirilib.
 
Fələstin bayraqları və Fələstinli qruplara aid bayraqların dalğalandırıldığı mərasimdə tez-tez İsrail rejimi əleyhinə şüarlar səsləndirilib.
 
Secdiyenin cənazəsi Böyük Kalendiye məscidində qılınan cənazə namazından sonra bölgədə olan qəbiristanlıqda torpağa tapşırılıb.

Google+ WhatsApp ok.ru