İsrail rejimi əsgəri 17 yaşlı fələstinlini öldürdü

İsrail rejimi əsgəri 17 yaşlı fələstinlini öldürdü

-- İşğalçı rejim əsgərləri Ramallaha hücum edib

 İsrail rejimi əsgərləri Qərbi Şeriada yerləşən Ramallah şəhərinə hücum edib. 
 
Atışma zamanı 17 yaşlı fələstinli gənc öldürülüb. 
 
Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, İsrail rejimi əsgərləri fələstinlərini nəzarətdə saxlamaq üçün Ramallahın şimal-qərbinə basqın təşkil ediblər.
 
Əsgərlərin həqiqi və plastik mərmilərdən istifadə etdiyi hücumda Musab Firas et-Temimi adlı gəncin şəhid olduğu məlum olub. 
 

Google+ WhatsApp ok.ru