İsrail rejimi əsgərlərinin döydüyü 60 yaşlı fələstinli dünyasını dəyişib

İsrail rejimi əsgərlərinin döydüyü 60 yaşlı fələstinli dünyasını dəyişib

Təxminən iki həftə əvvəl işğalçı İsrail rejimi əsgərlərinin zorakılığına məruz qalaraq, xəsarət alan 60 yaşlı fələstinlinin həyatını itirdiyi açıqlanıb.
 
Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, Qüds şəhərindəki Şufat düşərgəsi sakinlərindən olan Musa Əbu Məyyalənin dünən vəfat etdiyi bildirilib.
 
Ərəb geyimləri geyinərək, basqınlara qoşulan işğalçı rejim əsgərlərinin Əbu Məyyaləyə iki həftə əvvəl Şufatdakı evinin qarşısında zorakılıq etdikləri qeyd olunub.
 
İşğalçı qüvvələrin ölənə qədər döydüyü fələstinlinin xəstəxanaya çatdırıldığı və aldığı xəsarətlərin təsirindən həyatını itirdiyi diqqətə çatdırılıb.
 
Şufat düşərgəsindəki qruplar və təşkilatlar Əbu Məyyalənin döş qəfəsinə dəyən zərbələr nəticəsində həyatını itirdiyini açıqlayıb.
 

Google+ WhatsApp ok.ru