İsrail rejimi əsgərləri Qüdsdə 4 fələstinlini saxlayıb

İsrail rejimi əsgərləri Qüdsdə 4 fələstinlini saxlayıb

Şahidlərin verdiyi məlumata görə, İsrail rejiminin polis qüvvələri Şərqi Qüdsün Qədim Şəhər bölgəsindəki Şam qapısında fələstinli ata və 3 oğlunu saxlayıb.
 
Maide.Az xəbər verir  ki, polis əməkdaşları saxlayarkən ata və oğulları sərt şəkildə döyüblər.
 
Digər tərəfdən, rejimin polis qüvvələri Şərqi Qüdsün İsaviyyə məhəlləsinə basqın edib və çoxlu sayda fələstinlini döyüb.
 
İşğal edilmiş Qərb sahilində və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri həbs edirlər.
 
Qərb sahilində və Şərqi Qüdsdə qadınlar və uşaqlar da daxil olmaqla bəzi fələstinlilərin günlərlə həbs mərkəzlərində saxlanılması adi hal alıb.

Google+ WhatsApp ok.ru