İsrail rejimi balıqçılıqla məşğul olmağa da icazə vermir

Dolanışığını balıqçılıqla təmin edən Məhəmməd Ən-Niman və Cihad Keski həbs olunub

Maide.az xəbər verir ki, Qəzzadakı Balıqçılar Həmkarlar İttifaqının sədri Nizar Ayaşın məlumatına görə, İsrail rejiminin qüvvələri Qəzza sahillərində ov edən Məhəmməd Ən-Niman və Cihad Keski adlı 2 fələstinli balıqçını nəzarətə alıb və gəmilərini müsadirə edib.
 
İsrail rejimi keçən il Qəzzaya qarşı 51 gün davam edən hücumlardan bu yana 72 balıqçı həbs edilib. Onlardan bəziləri sonradan azad edilsə də, bəziləri "partizanlara yardım daşıdıqları" iddiası ilə hələ də həbsdədir.
 
İsrail rejimi 2014-cü ilin iyulundan sonra Qəzza zolağı sahilindəki 3 mil balıq ovlama ərazisini 6 milə qaldırdığını açıqlamışdı. Ancaq Fələstin rəsmiləri İsrail ordusunun balıqçıların bu sahədə ov etməsini icazə vermədiyini və vaxtaşırı olaraq gəmilərə atəş açdığını bildirirlər.

Google+ WhatsApp ok.ru