İsrail rejimi can almağa davam edir

Oktyabr ayının əvvəlindən bu yana öldürülən fələstinlilərin sayı 21-ə yüksəlib

İordan çayının qərbi sahilində yerləşən Əl-Xəlil şəhərində 3 gün əvvəl İsrail rejimi əsgərlərinin açdığı atəş nəticəsində yaralanan daha bir fələstinli dünyasını dəyişib.
 
Maide.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən yayımlanan yazılı açıqlamada 28 yaşlı İbrahim Əhməd Mustafa İvadın Əl-Xəlil Beyt Ummər qəsəbəsində 8 oktyabr cümə günü İsrail rejimi əsgərləri tərəfindən vurularaq xəsarət aldığı, xəstəxanadakı müdaxilələrə baxmayaraq həyatını xilas edəb bilmədiklərini söyləyib.
 
İordan çayının qərb sahilində, Qüds və Qəzzada oktyabr ayının əvvəlindən bu yana İsrail rejiminin hücumlarında həyatını itirənlərin sayı 21-ə yüksəlib.
 
Yəhudi mühacirlərin avqustun əvvəllərində Nablus Dəvabişə ailəsinin evini dağıdılması ilə başlayan və Məscidi Əqsaya qarşı hücumlarla davam edən pozuntulara görə İordan çayının qərb sahilində, Qüds və Qəzzada İsrail rejimi əsgərləri ilə fələstinlilər arasında gərginlik yaşanır.
 
İsrailin Qəzzaya qarşı hücumlarında son üç gündə 11 fələstinlinin öldürülüb, təxminən 200 nəfərin yaralandığı bildirilib.

Google+ WhatsApp ok.ru