İsrail rejimi daha 11 fələstinlini həbs etdi

Sionist rejim zülmlərini davam etdirir

İslamazeri.az-ın “AA”-ya istinadən verdiyi xəbərə görə, işğalçı Sionist rejim əsgərləri İordan çayının qərb sahillərində yerləşən ərazilərdə evlərə basqın edərək, daha 11 fələstinlini həbs edib.

Sionist rejimi “haqqında axtarış çıxarıldığı” və “qarşıdurmalarda iştirak” etdiyi iddiası ilə İordan çayının qərb sahillərində yerləşən hissəyə tez-tez basqınlar təşkil edərək, fələstinliləri həbs edir.

Bu günə kimi 7 mindən çox fələstinlinin İsrail zindanlarında saxlanıldığı bildirilir. /

Google+ WhatsApp ok.ru