İsrail rejimi daha bir fələstinlini qətlə yetirdi

Maide.az xəbər verir ki, İsrail rejimi polisi Şərqi Qüdsdə yenə bir fələstinlini güllələyim. 
 
Polis sözçüsü Micky Rosenfeld yazılı açıqlamasında həmişə olduğu kimi yenə bildirib ki, öldürülən fələstinli Məscidi Əqsada onlara bıçaqla hücum edibmiş. 
 
Qeyd edək ki, bu cür hallar artıq Qüdsdə adi vəziyyət alıb. Hər gün sionist polislər fələstinliləri qətlə yetirir və səbəb kimi də onlara bıçaqla hücum edildiyini bəhanə edirlər.
 
Ayın əvvəlindən bu yana İsrailin hücumlarında həyatını itirənlərin sayı bu son hadisə ilə 25-ə yüksəlib.

Google+ WhatsApp ok.ru