İsrail rejimi daha bir çoxuşaqlı ailənin evini dağıtdı

İsrail rejimi daha bir çoxuşaqlı ailənin evini dağıtdı

Bazar günü sentyabrın 22-i səhər saatlarında, sionist İsrail rejimi Kalansuva şəhərindəki çox uşaqlı Fələstin ailəsinin inşa edildiyi evi buldozerlə viran edib.
 
Şahidlərin sözlərinə görə, silahlı polislərin müşayiəti ilə sionist bələdiyyə nümayəndələri ağır buldozerlərlə Kalansuvdakı Əl Sahel əl-Garbi bölgəsinə basqın edərək, Əbu Arrara ailəsinin evini dağıdıb.
 
Sionizt rejim bu ərazidə Fələstin ailəsinə məxsus artıq 2 evi bundan əvvəl dağıtmışdı. Rejim, öz torpaqlarında uzun illər azad yaşayan xalqı, yaşam mövzularında, sionist cinayətkarlarından icazə almağa məcbur etmək istəyir. İsrail rejimi Qüdsdə və Qərbi Şəriyədə 1948-ci ildə işğal edilmiş Fələstin ərazilərindəki Fələstin evlərini "sənədsiz tikinti" bəhanəsi adı altında sökür. İsrail rejimi yerli insanlara tikinti icazəsi vermir.
 
Lakin Fələstin yəhudilərinə belə razılıq gözübağlı verilir. 30-cu illərin hadisələri yeni dövrdə yenə təkrarlanmaqdadır. /deyerler.og
 

Google+ WhatsApp ok.ru