İsrail rejimi fələstinli tələbəni həbs edib

Fələstinli Əsir Klubu işğal ordusunun İordan çayının qərb sahilinin şimalındakı Cenin qaçqın şəhərciyindən olan litsey tələbəsini hərbi nəzarət nöqtəsindən keçdiyi zaman saxlayaraq, həbs etdiyini açıqlayıb.
 
Maide.az xəbər verir ki, Əsir Klubu məsələ ilə bağlı yaydığı bəyanatda Cenin qaçqın düşərgəsi sakinlərindən 18 yaşlı lisey tələbəsi Məhəmməd Əsri Fəyyadın məktəbə gedərkən Əl-Cələmə hərbi nəzarət nöqtəsində işğalçı qüvvələr tərəfindən nəzarətə alındığını bildirib.
 
Bu arada Fələstinli uşaqlara qarşı pozuntularını və hüquqa zidd hərəkətlərini davam etdirən işğal rejimi məhkəməsi də Fələstinli ən kiçik əsir sayılan Beyt Anana mahalı sakinlərində 15 yaşlı Xalid əş-Şeyxə cəza kəsib. O, İsrail əsgərlərinə daş atmaqda ittiham olunur. Məhkəmə 15 yaşlı Xalidə dörd ay həbs cəzası və 1500 şekel pul cəzası verib.
 
"Əhrar" Əsir Araşdırmaları və İnsan Haqları Mərkəzi bildirir ki, işğalçı İsrail rejiminin zindanlarında hələ də 300-ə yaxın Fələstinli uşaq əsir saxlanılır. 

Google+ WhatsApp ok.ru