İsrail rejimi, Fələstin iqtisadiyyatının inkişafına mane olur

İsrail rejimi, Fələstin iqtisadiyyatının inkişafına mane olur

BMT,  İsrailin Fələstin torpaqlarının işğalını getdikcə artdığını və bu vəziyyətin Fələstinin sosial və iqtisadi inkişafını əngəllədiyini bildirib.
 
Maide.Az "dunyabulteni"-nə istinadən xəbər verir ki, BMT-nin işğal altındakı Fələstin torpaqlarındakı İnsan Haqları Üzrə Xüsusi Məruzəçisi Maykl Lynk, keçirdiyi mətbuat konfransında, BMT Baş Assambleyasına təqdim etdiyi hesabat barədə məlumat verib.
 
Hesabatda İsrail rejiminin işğal altındakı Fələstin torpaqlarına çıxışına icazə vermədiyini də qeyd edən Lynk, ondan əvvəlki iki məruzəçinin də səfər tələblərinin rədd edildiyini xatırladıb.
 
FƏLƏSTİNİN İNKİŞAFINA MANE TÖRƏDİLİR
 
İsrail rejiminin Fələstindəki işğalçı siyasətlərini tənqid edən Lynk bildirib ki, işğal işsizliyə səbəb olub və işğal altındakı Fələstində işsizlik nisbəti 1999-cı ildə 12 faiz idi, indi isə 27 faizə yüksəlib.
 
Qəzzada isə bu nisbət 42 faiz olub.
 
İsrail rejimi işğalı öz maraqları üçün davam etdirir. İsrail işğalı dərinləşir və Fələstinin sosial və iqtisadi vəziyyəti pisləşir. İsrail rejimi tez bir zamanda işğala son verməlidir.
 

Google+ WhatsApp ok.ru