İsrail rejimi  Fələstinli xəstələrin müalicəsi üçün maneə yaradır

İsrail rejimi Fələstinli xəstələrin müalicəsi üçün maneə yaradır

-- İşğalçı rejim 9 min 101 fələstinli xəstənin Qəzzadan kənarda müalicəsinə mane olub

Fələstin İnsan Haqları  Mərkəzinin yaydığı hesabatda işğalçı İsrail rejiminin  9 min 101 fələstinli xəstənin Qəzzadan kənarda müalicə almasına mane olduğunu açıqlanıb. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, cari ilin əvvəlindən indiyədək müalicə üçün Qüds, Qərbi Şəriyə və sionist rejim xəstəxanalarına göndərilən 9 min 101 fələstinli xəstənin Qəzzadan çıxışına maneələr yaradılıb.
 
Bu rəqəmin Qəzzalı xəstələrin 46,5 faizini təşkil etdiyini açıqlayan təşkilat, işğalçı İsrail rejiminin 2008-2016-cı illər ərzində təxminən 29 min fələstinli xəstənin Qəzza zolağından müalicə üçün çıxmasına  maneə törədildiyi bildirib.
 
Hesabatda xəstələrin ehtiyacı olan müalicəni ala bilməsinin beynəlxalq qanunlara görə, hüquq pozuntusu olduğu, Qəzza  zolağından müalicə üçün çıxan xəstələrin də İsrail tərəfindən gündəlik  təzyiqlərə məruz qaldığı vurğulanıb. 
 
Qeyd edək ki,  2 milyona yaxın  fələstinlinin yaşadığı Qəzza zolağı 2007-ci ildən indiyədək  sionist İsrail rejiminin mühasirəsində  saxlanılır.

 

Google+ WhatsApp ok.ru