İsrail rejimi fələstinli yeniyetməni 35 illik həbsə məhkum edib

İsrail rejimi fələstinli yeniyetməni 35 illik həbsə məhkum edib

İşğalçı İsrail rejiminin Ofer hərbi məhkəməsi fələstinli yeniyetmə - 17 yaşlı Ayham Sabahı 35 illik həbs cəzasına məhkum edib.
 
Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki,  bu barədə məlumat verən Fələstinli Məhbuslar Komissiyasının bildirdiyinə görə, yeniyetmə, həmçinin 1 milyon şekel (300 min ABŞ dolları) məbləğində cərimə də edilib.
 
Bildirək ki, işğal altındakı Qüdsün şimalında yerləşən Qalandiya qaçqın düşərgəsindən olan Ayham Sabah 2015-ci ildə 14 yaşlı digər dostu ilə həbs ediliblər. İşğalçı rejim polisi yeniyetmələri bıçaqla hücum törətməkdə şübhəli bildiyi üçün güllələyib. Hər ikisi ağır yaralanan yeniyetmələrdən biri Ömər Rimavi bir müddət sonra vəfat edib, Ayhamın isə həyatını xilas etmək mümkün olub.
 

Google+ WhatsApp ok.ru