İsrail rejimi Fələstinin Əraqib kəndini növbəti dəfə dağıdıb

İsrail rejimi Fələstinin Əraqib kəndini növbəti dəfə dağıdıb

İşğalçı İsrail rejimi dünən Fələstinin Nəqəb səhrasındakı Əraqib kəndini növbəti dəfə dağıdıb.
 
Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, bədəvi icmasına məxsus kənd "qanunsuz tikili" adı ilə 139-cu dəfə sökülüb.
 
Bildirilib ki, işğalçı rejimin polis qüvvələrinin müşayiətilə əraziyə gətirilmiş buldozerlər sakinlərə məxsus alaçıq və sığınacaqları uçurub. İçlərində uşaqlar da olan onlarla sakin soyuq hava şəraitində çöldə qalmalı olublar. Soyuqdan qorunmaq üçün sakinlərin çadır və sığınacaqları yenidən inşa edəcəkləri ehtimal edilir.
 
Bildirək ki, Əraqib sakinləri daimi narahatlıq və səksəkə içərisində yaşamaqdadırlar. Hər an işğalçı qüvvələr tərəfindən evlərinin uçurulması ehtimalı mövcuddur. Bu kənd Nəqəb səhrasında mövcud olan bir neçə bədəvi kəndlərindən biridir. İsrail rejimi isə kəndlərin legitimliyini tanımır və hər dəfə burada inşa edilmiş bütün tikili və qurğuları sökür.
 
Qeyd edək ki, işğalçı rejim Nəqəbdəki icmaları buradan köçürtməklə ələ keçirdiyi ərazilərdə yəhudi miqrantlar üçün yaşayış qəsəbələri inşa etməyi hədəfləyir.
 

Google+ WhatsApp ok.ru