İsrail rejimi görüntüsü olan cinayətdə dəlil tapmadı!

İsrail rejimi məhkəməsi Əl-Xəlil şəhərində bir İsrail əsgərinin yerdə yaralı halda yatan Fələstinli gənci kamera qarşısında öldürməsi ilə bağlı qaldırılan iddiada, "ağlabatan şübhə olduğunu, ancaq kifayət qədər dəlil olmadığını" bildirib.
 
Maide.az xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərlərə görə, ölkənin cənubundakı Kastina hərbi məhkəməsində işə baxan hakim podpolkovnik Ronen Şor prokuror müavininin Fələstinlini öldürən əsgərin həbs müddətinin 9 gün uzadılması istiqamətindəki tələbini rədd edərək, cümə günü azad edilməsinə qərar verib.
 
"Haaretz" qəzeti yazıb ki, Şor hadisənin mürəkkəb olduğunu və əldə olan dəlillərin azlığını bəhanə edib.
 
Yerdə hərəkətsiz yatan Fələstinlini başından vuraraq öldürən sionist əsgərin kimliyi isə gizli saxlanılır. 
 
Digər tərəfdən isə məhkəmə qarşısında toplaşan onlarla radikal yəhudi əsgərin azadlığa buraxılmasını tələb edib.
 
Xatırladaq ki, ötən cümə günü İsrail əsgərləri işğal altındakı Qərbi İordanda "bir hərbçini bıçaqladığı" iddiası ilə 21 yaşlı Fələstinli Əbdul-Fəttah Əş-Şərifi və 21 yaşlı Rəmzi Əl-Kasraviyi öldürmüşdü. Hadisədən bir neçə saat sonra bir rejim əsgərinin yerdə yaralı halda uzanan Əbdul-Fəttah əş-Şərifi başından vuraraq öldürdüyü anın görüntüləri ortaya çıxmışdı. 

Google+ WhatsApp ok.ru