İsrail rejimi həbsxanalarında xərçəng xəstəsi olan 23 məhbus var

İsrail rejimi həbsxanalarında xərçəng xəstəsi olan 23 məhbus var

Fələstin Əsirləri Araşdırma Mərkəzi İsrail rejimi həbsxanalarında saxlanılanardan 16 faizinin müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, mərkəzin rəsmisi Riyad əl-Əşkar dünən məsələ ilə bağlı yaydığı bəyanatda sağlamlıq vəziyyətləri hər keçən gün daha da pisləşən məhbuslar olduğunu bildirib.
 
Əl-Əşkar rejim həbsxanalarında 23 xərçəng xəstəsi olduğunu deyib.
 
O, İsrail rejiminin məqsədli tibbi laqeydlik siyasətinin xəstələrin vəziyyətlərinin daha da pisləşməsinə və ölməsinə yol açdığını qeyd edib.
 
Əl-Əşkar əməliyyatdan sonra sağalmayan və hətta sağlamlıq vəziyyətləri daha da pisləşən onlarla məhbus olduğunu vurğulayıb.
 
Həbsxanalar idarəsinin xəstələrə bəzən xəstəliklərinə uyğun olmayan dərmanlar verdiyini deyən əl-Əşkar İsrail rejiminin təxminən 1000 xəstəyə qarşı etdiyinin müharibə cinayəti olduğunu bildirib.
 

Google+ WhatsApp ok.ru