İsrail rejimi həcc bəhanəsi ilə Səudiyyə rejiminə təyyaraə reysləri açmaq istəyir

İsrail rejimi həcc bəhanəsi ilə Səudiyyə rejiminə təyyaraə reysləri açmaq istəyir

İsrail rejiminin həcc bəhanəsi ilə müqəddəs torpaqlara birbaşa təyyarə səfərləri tənzimləmək istədiyi bildirilib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, İsrail rejiminin parlamenti Knessetdəki Likud partiyası qrupunun sədr müavini Miki Zoher, Təl-Əvivin işğal altındakı Fələstində yaşayan müsəlmanların həcc ziyarətini yerinə yetirmələri üçün Ər-Riyada birbaşa təyyarə səfərləri təşkil etmək istədiyini açıqlayıb.
 
Zoher bununla həcc ziyarətini yerinə yetirmək istəyənlərin İordaniya üzərindən yox, Təl-Əvivdən Ər-Riyada birbaşa uçuşlarla Səudiyyə rejiminə gedə biləcəyini qeyd edib.
 
Zoher bu məsələ ilə bağlı müəyyən irəliləyişlər əldə edildiyini və Netanyahunun müdaxiləsi ilə həll olunacağını təklif edib.
 

Google+ WhatsApp ok.ru