İsrail rejimi Həmasın əsir mübadiləsi təklifini qəbul etdi

İsrail rejimi Həmasın əsir mübadiləsi təklifini qəbul etdi

Sionist rejim Misir vasitəsi ilə Həmasın məhbus mübadiləsini qəbul etmək üçün şərtlərini çatdırıb. Bu şərtlərdən biri xəstə və yaşlı məhkumların təxliyəsi üçün ilk addımların atılması və İsrail məhbuslarının məlumatlarını təqdim etməkdir.

 
Maide.Az xəbər verir ki, Həmas Siyasi Bürosunun başçısı Yahya əs-Sənvar İRNA-ya açıqlamasında, yaşlı, xəstə, qadın və uşaq məhkumların kronavirusa görə sərbəst buraxılacağı təqdirdə, məhbus mübadiləsi sənədində kiçik bir güzəşt etməyə hazır olduqlarını bildirib.
 
Fələstin rəsmiləri fələstinli məhbusların İsrail rejiminin zindanlarında koronavirusa tutulmalarından narahat olduqlarını bəyan ediblər.
 
İşğal rejiminin zindanlarından təxminən 6000 fələstinli məhbus var.

Google+ WhatsApp ok.ru