İsrail rejimi hava və dənizdən Livanın ərazi bütövlüyünü pozdu

İsrail rejimi hava və dənizdən Livanın ərazi bütövlüyünü pozdu

Livan ordusu sionist İsrail rejiminin BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı fərmanı başda olmaqla beynəlxalq fərmanları nəzərə almadan növbəti dəfə havadan və dənizdən Livanın ərazi bütövlüyünü pozduğunu bildirib.
 
Livan ordusu komandanlığının məsələ ilə bağlı yaydığı yazılı bəyənatında, sionist İsrail rejiminin bir ədəd kəşfiyyat təyyarəsinin ölkənin hava dəhlizinə müdaxilə edərək, Əl-Arkub, Hasbiyə və Cəbəluş Şeyx qəsəbələrində kəşfiyyat uçuşarı etdiyi bildirilib.
 
Bu arada, İsrail rejiminə aid bir pilotsuz kəşfiyyat təyyarəsi də cənubi Livanın hava dəhlizini pozaraq, kəşfiyyat uçuşu həyata keçirib.
 
Livan ordusu, həmçinin sionist İsrail rejiminin bir döyüş gəmisinin də Rasu Naqure məntəqəsindən Livanın sahil sularına daxil olaraq Livanın su dəhlizinin sərhədlərini pozduğunu xəbər verib. (deyerler) /

Google+ WhatsApp ok.ru