İsrail rejimi HRW nümayəndəsini deportasiya etdi

İsrail rejimi HRW nümayəndəsini deportasiya etdi

“Human Rights Watch” (HRW) təşkilatının nümayəndəsi Ömər Şakir Boykot və Sanksiya Hərəkatına (BDS) hərəkatını dəstəklədiyi üçün İsrail rejiminin deportasiyasına məruz qalıb.
 
Maide.Az "Deyerler.org" -a istinadən xəbər verir ki, Şakir boykot hərəkatını dəstəklədiyi cinayət üçün İsrail rejimindən sürgün edilən ilk şəxs olub.
 
Suriya, Bəhreyn və Misirdən sonra İsrail rejiminin də onu qara siyahıya saldığını bildirən HRW-nin amerikalı nümayəndəsi Şakir, səssiz qalmayacağını söyləyib.
 
Ömər Şakir 8 gün ərzində 6 Avropa ölkəsinin hökuməti və Avropa Parlamentinin İsrail rejiminin Fələstinə sistematik təzyiqlərini izah edəcəyini söyləyib.
 
Xatırladaq ki, İsrail rejimi qəbul etdiyi qanunla BDS hərəkatını dəstəkləməyi bir cinayət hesab edir və bu cinayət xaricilərin sionist rejimə girməsinin qarşısını alır.
 

Google+ WhatsApp ok.ru