İsrail rejimi ilə dost, İslam ölkələri düşmən!

İsrailin keçmiş Milli Təhlükəsizlik Müşaviri Uzi Arad İsraillə Səudiyyə Ərəbistanı arasında son zamanlar gözləniləndən daha sürətli şəkildə əməkdaşlıq baş verdiyini deyib.
 
Maide.az xəbər verir ki, Arad bu əməkdaşlığın təhlükəsizlik və strateji sahələri əhatə etdiyini söyləyib. Arad İsraillə Səudiyyə Ərəbistanının regionda İranın mərkəzi güc halına gəlməsinə qarşı siyasətlərdə eyni paya sahibi olduqlarını söyləyib.
 
Arad İsrailin Misirdə hazırkı çevriliş rejimilə ittifaq qurması məsələsində də narahatçılıqlarını dilə gətirib və Misirdə baş verəcək hadisələrə bağlı olaraq, İsrailin Misir məsələsində niyyətlərinin məğlubiyyətlə üzləşəcəyi xəbərdarlığını edib.
 
Aradın İordaniya məsələsində isə, "Biz indi İordaniya məsələsində nəfəsimizi tutub gözləyirik. Kimsə növbəti beş il ərzində orada nələr olacağını deyə bilməz. İordaniyada sabitliyin davam etməsinə ümid edirik! Suriya və İraqdakı dalğaların İordaniyaya də çatmayacağına kim zamin dura bilər?" demə diqqət çəkib.
 
Türkiyə ilə İsrail arasındakı münasibətlərlə bağlı də Arad, münasibətlərin yaxın zamanda düzəlməsinə ümid etmədiyini deyib.
 
Arad həmçinin İsrailin beynəlxalq aləmdə ciddi təklənmə riski ilə qarşı-qarşıya olduğunu deyib. O, bu vəziyyətin belə davam etməsi halında, İsrailin hərbi və iqtisadi vəziyyətdən zərərə uğrayacağını deyib.

Google+ WhatsApp ok.ru