İsrail rejiminə məxsus döyüş təyyarələri Qəzzanı bombaladı

İsrail rejiminə məxsus döyüş təyyarələri Qəzzanı bombaladı

-- HƏMAS-a məxsus hərbi mövqeyin bombalandığı deyilir

İsrail rejiminin döyüş təyyarələrinin Qəzzanı bombaladığı bildirilib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, əldə olunan məlumata görə, məlumatda işğalçı İsrail rejiminə aid döyüş təyyarələrinin Qəzzanın cənubunda HƏMAS-a məxsus hərbi mövqeyi bombaladığı qeyd olunub. 
 
Səhiyyə mənbələri də hücumlarda hər hansı bir tələfatın qeydə alınmadığını bildirib.
 
İsrail rejiminin ordusu ötən gün verdiyi açıqlamasında, İsrail rejiminin Qəzzanın cənubundakı tunelləri tapmaq üçün istifadə etdiyi hərbi avadanlıqlara zərər vermək üçün sərhədi keçən 4 fələstinlinin təqib olunduğu bildirmişdi. Açıqlamada İsrail rejiminin əsgərlərinin yaxınlaşmasından sonra fələstinlilərin geri çəkildiyi qeyd olunmuşdu.
 

Google+ WhatsApp ok.ru