İsrail rejimindən Qəzzaya hava hücumu

Sionitlərə məxsus döyüş təyyarəsinin Qəzzanın şimalında Həmasın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadalarının təhsil sahəsinə hava hücumu təşkil etdiyi bildirilib

Maide.az Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, İsrail rejimi ordusuna aid döyüş təyyarəsinin, Qəzzanın şimalında Həmasın silahlı qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarının təhsil bazasına hava hücumu təşkil edib.
 
Hücum nəticəsində ətrafdakı binalarda dağıntı baş verib, ölən və yaralanan olmayıb.
 
İsrail döyüş təyyarələrinin Qəzza zolağı üzərində uçuşu davam edir.
 
Bundan sonra Qəzza zolağından ölkənin cənubundakı Askalan şəhərinə 3, Sderot yaşayış məntəqəsinə də bir raket atılıb, hadisədə ölən, ya da yaralananın olmadığı bildirilir.
 

Google+ WhatsApp ok.ru