İsrail rejimindən Qəzzaya hava hücumu

Həmasa aid hədəflərə hava hücumu təşkil edilib

İsrail rejimi ordusuna aid döyüş təyyarəsi Qəzzada Həmasın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadalarına aid hədəflərə hava hücumu təşkil edib.
 
Maide.az-ın məlumatına görə, İsrail rejimi ordusundan yayımlanan açıqlamada bildirilir ki, hava hücumu Qəzzadan atılan və İsrailin cənubundakı Eşkol bölgəsinə düşən raketə qarşılıq olaraq həyata keçirilib.

Google+ WhatsApp ok.ru