İsrail rejimində yeni təyin olunan müdafiə nazirinin əleyhinə etiraz aksiyası keçirilib

Fələstinin işğal olunmuş ərazilərində yaşayan minlərlə yəhudi İsrail rejiminin müdafiə naziri kimi Aviqdor Libermanın təyin edilməsinə qarşı kütləvi etiraz aksiyası keçiriblər.
 
Deyerler.Org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları Libermanın əxlaqsız və irqçi olduğuna dair şüarlar səsləndiriblər. Eyni zamanda etirazçılar işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun hakimiyyəti onları fəlakətə apardığına dair şüarlar səsləndiriblər. Bundan başqa, nümayişçilər nazirlər kabinetində baş verən dəyişiklikləri açıq-aşkar səhv adlandırıblar. /
 

Google+ WhatsApp ok.ru