İsrail rejiminin əsgərləri 7 fələstinlini həbs etdi

İsrail rejiminin əsgərlərinin İordan çayının qərb sahilində 7 fələstinlini nəzarətə götürdüyü bildirilir.
 
Maide.az xəbər verir ki, İsrail rejiminin ordu rəhbərliyi açıqlamasında əsgərlərin gecə saatlarında "İordan çayının qərb sahilində hüquq-mühafizə qüvvələri və mülki vətəndaşlara qarşı terror və şiddət hadisələrinə qarışdıqları" səbəbilə 7 fələstinlini saxladığı qeyd olunub. 
 
Həbs olunanların istintaq üçün əlaqədar orqanlara göndərildiyi deyilir.
 
Xatırladaq i, İsrail rejiminin əsgərləri İordan çayının qərbində və Qüdsdə tez-tez təşkil etdikləri basqınlarda müxtəlif ittihamlarla fələstinliləri həbs edir.
 
Fələstin Əsirlər Cəmiyyətinin dərc etdiyi hesabata görə, İsrail rejiminin həbsxanalarında 7 mindən çox fələstinli var.

Google+ WhatsApp ok.ru