İsrail rejiminin əsgərləri Fələstinli uşağı həbs etdi

İsrail rejimi Yəməndə baş verən hadisələrin fonunda Fələstində yenidən əməliyyat keçirib.  
 
Maide.az xəbər verir ki, yerli mənbələrin bildirdiyinə görə, işğalçılar Mahmud Cəvabira adlı Fələstinli uşağı həbs edib. İsrail rejiminin əsgərlərinin Mahmud Cəvabiranın həbs edilməsinə əngəl olmağa çalışan Əşrəf Cəvabira adlı gənc də saxlanılıb və onlar naməlum istiqamətə aparılıblar. 
 
Digər tərəfdən 21 yaşlı Fələstinli qadın əsir Əməl Cihad Tagatiganın ailəsi Fələstin rəhbəri Mahmud Abbasa müraciət edərək, dörd aydır işğal zindanlarında saxlanılan qızlarının sərbəst buraxılması üçün təşəbbüs göstərməsini istəyib.
 
Ailə bununla bağlı yaydığı bəyanatda, Əməl Cihad Tagatiganın bədəninə girən güllələr görə əzab çəkdiyini və həbsxana idarəsinin qəsdən diqqətsizliyi ucbatından lazımi müalicə görmədiyini deyir.
 
Xatırladaq ki, işğal gücləri Əməl Cihad Tagatigayı 1 dekabr 2014-cü il tarixdə Beytlahim yaxınlığındakı Etzion nəzarət nöqtəsində atəş açaraq dayandırıb və həbs edib.

Google+ WhatsApp ok.ru