İsrail rejiminin əsgərləri 9 fələstinlini güllələyib

"Əhrar" Əsir Araşdırmaları və İnsan Haqları Mərkəzi 2015-ci ilin ilk rübündə işğalçı İsrail əsgərlərinin açdığı atəş nəticəsində dünyasını dəyişən və həbs edilən fələstinli gənclərlə bağlı ətraflı hesabat dərc edib.
 
Maide.az xəbər verir ki, "Əhrar" Mərkəzi məsələ ilə bağlı yaydığı bəyanatda, 2015-ci ilin ilk üç ayında İordan çayının qərb sahilində, Qüdsdə və Qəzza Zolağında 1225 fələstinlinin həbs edildiyi, doqquz fələstinlinin də işğalçı əsgərlər tərəfindən güllələndiyi bildirilir.
 
"Əhrar" rəhbəri Fuad Əl-Hafeş 2015-in ilk rübündə işğalçı güclərinin həyata keçirdiyi əməliyyatların ötən ilin analoji dövrü ilə müqayisədə yüksək olduğunu deyib. O, ötən ilin ilk üç ayında 1059 fələstinlinin işğalçı qüvvələr tərəfindən nəzarətə alındığını bildirib.
 
2015-in ilk rübündə ən çox həbsin Qüdsdə baş verdiyini bildirən "Əhrar" rəhbəri, bu ilin ilk üç ayında Qüdsdə 397 fələstinlinin nəzarətə alındığını, 304 hadisəsiylə Qüdsü Əl-Xəlilin izlədiyini və Ramallahda da 195 fələstinlinin həbsxanana salındığını söyləyib.

Google+ WhatsApp ok.ru